“Əgər mən Messini vursam, Argentinaya qayıda bilmərəm”

“Sevilya”nın müdafiəçisi Qabriel Merkado İspaniya Kral Kubokunda “Barselona” ilə keçiriləcək final matçı ilə bağlı fikirlərini açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, Kataloniya klubundakı həmyerlisi Lionel Messi haqda da danışan argentinalı futbolçu ona qarşı diqqətli oynamalı olduğunu bildirib:

 

“Əgər Messini vursam, Argentinaya qayıda bilmərəm. Heç Leonu qayda pozuntusu ilə də saxlamaq olmaz.

 

Sən arxasınca qaçıb onu izləyirsən, o isə öz oyunundan həzz almağa davam edir. Messi dünyanın ən yaxşısıdır. Bunu müzakirə etmək yersizdir.

 

O, meydanın hər yerindədi. Qol vurur, ötürmə verir. Ona görə də müdafiədə ideal oynamalıyıq. Çünki titul qazanmaq istəyirik və bu istək bizdən əl çəkmir”.

Tarix: 19 Aprel 17:36    Oxunub: 493    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.