Tərlan Əhmədovu "Neftçi"də saxlamalı olan 3 BÖYÜK SƏBƏB

Mövzu: Tərlan Əhmədov niyə istefa verməlidi?

 

Əvvəla, verməməlidi. Çunki ehtiyac yoxdu, onsuz da, müqaviləsinin müddəti qurtarır.

 

İkincisi isə onun təyinatı zamanı heç kim «Neftçi» avrokuboklara vəsiqə qazanmalıdı və ya hətta kuboku qazanmalıdı» tələbi ilə çıxış etmirdi.

 

Heyətinə görə «Qarabağ» və «Qəbələ»dən aşkar zəif olan «Neftçi» ən yaxşı halda 3-4-cü yerlərə iddia edə bilər ki, Tərlan Əhmədov da bunu bacarmaq üzrədi. Baxmayaraq ki, komandanı mövsümün gedişində xaraba vəziyyətdə qəbul edib... 

 

Üçüncüsü, kim cürət edib, baş məşqçini istefaya göndərə biler? 


SOCAR idarəçilərimi, yoxsa «Neftçi»nin yeni rəhbərliyi? Bu, olduqca böyük yanlış qərar olacaq.

 

Bütün faktlar «Neftçi»nin Əhmədovdan bərk yapışmalı olduğunu göstərir. Çünki bütün problemlərlə yanaşı, bir danılmaz həqiqət var ki, «Neftçi» futbol oynamağa başlayıb.

 

Dünənki oyunun uğursuz nəticəsinə baxmayaraq. Məhz Əhmədovun sayəsində dünən «Neftçi» uzun fasiləden sonra azarkeşləri stadiona qaytarmışdı.

 

Rəhbərlik-sponsorlar azarkeşlərin emosional istefa şüuarlarına aldanmamalıdı. Onlar azarkeşdi və böyük hörmətə layiqdilər, amma məşqçi təyinatı kimi məsələlər onların işi deyil.

 

Azarkeş tələbinə qalsa, Ayxan Abbasov bir neçə tur əvvəl «Zirə»dən istefa verməli idi.

 

Və ya ötən il Roman Qriqorçuk «Qəbələ»dən qovulmalı idi.

 

Hətta hələ 6-7 il əvvəl «Qarabağ» rəhbərliyi Qurban Qurbanovu yola salmalıydı... 


«Neftçi» rəhbərliyi nə istədiyini anlamalı və buna maliyyə, kadr, psixoloji gücünün çatıb-çatmayacağını aydınlaşdırmalıdı. Tərlan Əhmədov yox!

 

Nəinki Azərbaycanın, hətta dünyanın heç bir məşqçisi indiki şərtlər altında «Neftçi»yə ciddi uğur qazandıra bilməz. 8-9 min manatlıq oyunçularla çempionluğa oynamaq, «Qarabag»a, «Qəbələ»yə əlcək atmaq, avrokuboklarda qrupa düşməyə iddia etmək mümkünsüzdü.

 

Təsadufi deyil ki, Əhmədov hələ bir neçə həftə əvvəl «Avrokuboklara düşüb biabır olmaqdansa, düşhməyib, yayda komanda hazırlamaq daha yaxşıdı» demişdi...


Odu ki, indi vəziyyət əksinə olmalıdı. «Neftçi» sponsor və rəhbərliyi hazırkı çalışdırıcısından möhkəm yapışmalı, o isə öz novbəsində yönətimin yeni müqavilə ilə bağlı təklifini qəbul etməzdən əvvəl yüz ölçüb, bir biçməli, onların qarşısında ciddi şərtlərlə çıxış etməlidi.

 

Yoxsa «Neftçi» düzələn deyil.

 

Nə Kamran Quliyevlə, nə Kamran Quliyevsiz, nə Ceyhun Sultanovla, nə Ceyhun Sultanovsuz, nə Tərlan Əhmədovla, nə də Tərlan Əhmədovsuz…


Xəzər Hikmət

Tarix: 19 Aprel 17:24    Oxunub: 873    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.