Aquero “Barsa”ya keçir?

“Mançester Siti”nin hücumçusu Serxio Aquero karyerasını “Barselona”da davam etdirə bilər.

 

Sportinfo.az xəbər verir ki, Aqueronun atası Leonel Del Kastilo məsələ ilə bağlı açıqlama verib.

 

O, oğlunun “Barsa”ya keçə biləcəyini istisna etməyib: “Barselona”ya keçid? Hər şey ola bilər. Yeni mövsümə çoxu yeni klubda başlayır.

 

Amma bütün hallarda, hər dəfə Serxio ilə söhbət etdikdə, o, “İndependiente”yə qayıtmaq istədiyini vurğulayır. Ancaq nə vaxt qayıdacağını hələ dəqiqləşdirməyib”.

 

Aqueronun “Siti” ilə müqaviləsi 2020-ci ildə başa çatır. O, bir neçə dəfə bildirib ki, karyerasını Argentinada başa vurmaq istəyir.

Tarix: 19 Aprel 13:00    Oxunub: 477    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.