"Sumqayıt"ın "Keşlə"yə belə təslim olmasına bir anlam verə bilmədim

"Sumqayıt"ın "Keşlə"yə belə təslim olmasına bir anlam verə bilmədim.

 

Bəli, bu, məhz təslim olmaq idi.

 

Hər şeyə şübhə ilə yanaşmağın başını buraxmışdım, ancaq bu "oyun" məni geri qaytarır, deyəsən. Hər halda, sumqayıtlılar ən istəksiz oyunlarını keçirdilər və cəzalarını da aldılar. Çox heyf...


"Qəbələ"nin özünə gəlməsinə isə sevindim. Avrokuboklarda "Qarabağ"dan savayı turlar adlama potensialı olan tək klub elə "qırmızı-qaralar"dı.

 

Bir oyun göstərdi ki, "Qəbələ" özünə gəlsə, öz oyununu oynasa, qarşısını almaq çox çətindi. Məhz buna görə bu komanda perspektivi haqda heç nə yazmır, fikir bildirmirdim.

 

Səbrli olmaq lazım idi. Əməlli-başlı yüksəlişdə olan "Neftçi"nin nəfəsini kəsmək asan iş deyildi. Yalnız təbrik etmək olar, "Qəbələ"ni.


"Neftçi" haqda nəsə demək hələ də tezdi. Ona görə də qalsın sonraya.

 

*** 

Bu "Zirə" var e, "Zirə"... Bu komandanın, klubun yiyəsi kimdi, nəçidi, nə işə baxır çıxsın bir-iki kəlmə danışsın, bi zəhmət.

 

Komanda təpəsiüstə yuvarlanıb gedib-düşüb dənizə, "batır", "yuxarı"dan bir "tık" yoxdu. Rəsmi saytda bir bəyanatdan-zaddan verin, bir "qurd qanı" için də, abilər...

 

Nə bilim, "məğlubiyyətlər bizi qorxutmur, yenə qayıdacağıq", ya "uğursuzluq zolağındayıq, düzələcək", ya da "bizi sevməyən ölsün"dən-zaddan bir şey deyin, hay-küy salın, bir müdaxilə edin.

 

Yoxsa bu gedişat klubu məhvə aparır. Bu klub qolf klubu deyil, futbol klubudu. Burda ictimai fikir, ictimai rezonans böyük rol oynayır. Oyanın, səsiniz gəlsin.

 

Kənan Məstəliyev

Tarix: 19 Aprel 16:36    Oxunub: 594    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.