"Qarabağ” deyil, istənilən başqa rəqiblə oynamaq daha yaxşıdı" - FİKİR+VİDEO

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunları keçirilib.

 

Mərhələnin son qarşılaşması “Bakcell Arena”da baş tutub.

 

“Qəbələ” səfərdə “Neftçi” ilə qarşılaşıb. Ötən həftə keçirilən ilk oyunda 1:2 hesablı ev məğlubiyyəti alan “qırmızı-qaralar” rəqib meydanındakı görüşə finala vəsiqə qazanmaq istəyi ilə çıxıb.

 

Matç qarşılıqlı hücumlarla başlayıb. İlk dəqiqələrdən rəqib qapısına köklənən rəqiblərin oyununda erkən qol qeydə alınıb. Qarşılaşmadakı ilk künc zərbəsi Sonu Mustivarın başla fərqlənməsi ilə başa çatıb – 1:0.

 

“Qəbələ” üçün uğursuz alınan start Vojislav Stankoviçin zədə üzündən məcburi əvəzlənməsi ilə də diqqət çəkib. Lakin hücumlarına ara verməyən Roman Qriqorçukun yetirmələri ilk hissə yarılanmamış hesabda tarazlıq yaradıb. Təmkin Xəlilzadənin sol cinahdan ötürməsindən sonra uzaq dirəyin önündə qərarlaşan Baqali Dabo bərabərlik qoluna imza atıb – 1:1.

 

Bundan sonra da rəqib qapısı önündə fəal olan “Qəbələ” Təmkin və Filip Ozobiçin cərimə meydanı yaxınlığından zərbələri ilə paytaxt təmsilçisinə gərginlik yaşadıb. Dabonun cərimə meydanı daxilindən bir zərbəsi isə alınmayıb.

 

Lakin “qırmızı-qaralar”ın bombardiri dublunu rəsmiləşdirməyə imkan tapıb. O, Stiven Monrozun ötürməsindən sonra cərimə meydanında topu ram edib, yaxın küncə qarşısıalınmaz zərbə endirib. Qarşılıqlı hücumlarla davam edən ilk yarının sonluğu Ürfan Abbasov və ehtiyat oyunçular skamyasındakı Ruslan Qurbanovun sarı vərəqə alaraq cəzalı duruma düşməsi ilə yadda qalıb. Famussa Konenin yaxın məsafədən zərbəsini isə “Neftçi”nin qapıçısı tutub.

 

İkinci hissəyə daha fəal başlayan “qırmızı-qaralar” birneçə təhlükəli hücum təşkil edib. Ozobiçin rəqibdən topu “oğurlayıb”, cərimə meydanına daxil olduğu zaman qarşısı kobudluqla alınıb. Hakimin təyin etdiyi penalti zərbəsini Cavid Hüseynov dəqiq yerinə yetirib.

 

Buraxılan qoldan sonra “Neftçi” böyük qüvvə ilə irəli atılıb. Bu da “Qəbələ” üçün sürətli hücumlar təşkil etmək imkanı yaradıb. Belə vəziyyətlərdə öncə Kone, ardınca Təmkinin əlverişli mövqedən zərbələri yaddaqalan, amma qeyri-dəqiq olub.

 

Bir neçə metrdən qapını nişan alan Monrozun zərbəsi isə rəqib müdafiəçiyə dəyib. Paytaxt klubunun həmlələrinin qarşısını isə müdafiə xəttinin inamlı oyunu və Dmitri Bezotosnı alıb. Qapıçı Rəhman Hacıyevin zərbəsindən sonra topu tirin altından çıxarıb.

 

“Qırmızı-qaralar” Koneyə qarşı kobudluğa qarşı daha bir penalti vurmaq imkanı qazanıb. Lakin Monroz çərçivəyə düşə bilməyib. Matçın son dəqiqələrində meydan sahibləri Bezotosnıya ciddi çətinlik yaratsa da, hesab dəyişməyib.

 

Beləliklə, 3:1 hesablı əzmkar qələbə qazanan “Qəbələ” tarixində 3-cü dəfə finala yüksəlib. Mayın 28-də keçiriləcək həlledici görüşdə komandamızın rəqibi “Keşlə” olacaq.

 

Roman Qriqorçuk: “Klubumuz üçün çox gözəl hadisə baş verdi. Bu üzdən danışılası müsbət məqamlar çoxdur. Bu addımı çox vacib anda atdıq. Finala yüksəldiyimiz üçün çox şadıq.

 

Avrokuboklarda belə böyük sevinc yaşasaq da, daxili yarışlarda bu hal olmamışdı. Çünki yüksək yerlər tutsaq da, titul qazanmamışıq. Sevinməyimiz təkcə nəticə deyil, həm də titula doğru addımı son şansdan yararlanmaqla atmağımızla bağlıdı.

 

Hadisələrin belə uğursuz axarında yarımfinal səddini adladıq. Qələbə ağır vəziyyətdə qazanıldığı üçün daha dəyərlidir. Vojislav Stankoviçin əvəzlənməsi bizim üçün gözlənilməz deyildi. Çünki belə hallarla çox üzləşmişik.

 

Belə strateji baxımdan ağır vəziyyətdə qalib gəlmək komandanın güclü olmasını göstərir. Finalda həmyerlim Yuri Maksimovun çalışdırdığı “Keşlə” ilə qarşılaşmağımız heç bir prinsipiallıq artırmır. Finalda olmaq və qalib gəlməyin özü prinsipial məsələdir.

 

Sistematik yüksək nəticələr qazanmaq üçün bütün cəhətlərdən tam hazır olmalıyıq. Hətta bu tələblərə cavab verən komanda da nəticə qazanmaya bilər. “Neftçi” ilə ilk oyundan öncə qapıçı və bombardirimiz zədələndi. Klubda titul qazanmaq üçün çox şey qurban vermişəm.

 

“Qarabağ” çempionatda bütün komandalardan üstündür. Finalda “Qarabağ” deyil, istənilən başqa rəqiblə oynamaq daha yaxşıdır. “Keşlə”də əvvəlki ilə müqayisədə müəyyən fərqlər var.

 

Burda baş məşqçinin işi hiss olunur. Maksimovu tanıdığımdan deyirəm ki, bu komanda həmişə istənilən rəqiblə mübarizə aparacaq. Finala qədər vaxtımız var, müəyyən şeylər fikirləşəcəyik”.

 

“Neftçi” – “Qəbələ” 1:3

“Bakcell Arena” , 6000 tamaşaçı  

Baş hakim: Rauf Cabbarov

Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Knyaz Əmiraslanov         

Dördüncü hakim: Ömər Paşayev  

AFFA nümayəndəsi: Namiq Məstanov   

Hakim-inspektor: Əli Hüseynov 

Sarı vərəqələr: Derlis Meza Kolli, 46 (qeyri-idman hərəkəti); Ruslan Abışov, 59 (qeyri-idman hərəkəti); İqnasio Herrera, 84 (qeyri-idman hərəkəti) // Urfan Abbasov, 38 (bilərəkdən əl ilə oynadığına görə); Stiven Monroz, 41 (qeyri-idman hərəkəti); Ruslan Qurbanov, 45 (texniki zonada hakim qərarına etiraz ); Rasim Ramaldanov, 88 (qeyri-idman hərəkəti)

Qollar:  Soni Mustivar, 9 // Baqali Dabo, 20, 30; Cavid Hüseynov, 60 (p.)

Qolla nəticələnməyən penalti: Stiven Monroz, 84

Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

İlk oyun - 2:1

“Neftçi”

94. Rəşad Əzizli

15. Ruslan Abışov (k)

2. İlkin Qırtımov

(22. Mirabdulla Abbasov, 68)

25. Kiril Petrov

5. Anton Krivotsyuk

6. Rəşad Sadiqov

(17. Rəhman Hacıyev, 62) 

10. Derlis Meza Kolli

(8. Emin Mahmudov, 83)

93. Soni Mustivar

11. İqnasio Herrera

7. Namiq Ələsgərov

9. Lukas Qomes

Ehtiyat oyunçular:

1. Səlahət Ağayev

21. Məhəmməd Mirzəbəyov

77. Elvin Sərkərov

3. Fərid Abbaslı

97. Elnur Cəfərov

12. Mayk Kampaz

19. Fransisko Qarsiya

Baş məşqçi: Tərlan Əhmədov

 

“Qəbələ” 

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

(5. Rasim Ramaldanov, 17)

8. Qismət Alıyev

9. Baqali Dabo

14. Cavid Hüseynov (k)

(4. Elvin Camalov, 90)

18. İlqar Qurbanov

(10. Ruslan Qurbanov, 90+2)

19. Filip Ozobiç

28. Stiven Monroz

33. Təmkin Xəlilzadə

34. Urfan Abbasov 

45. Famussa Kone

Ehtiyat oyunçular:

23. Aqil Məmmədov

35. Murad Popov

6. Elvin Məmmədov

11. Asif Məmmədov

16. Omar Malone

29. Hacıağa Hacıyev

32. Amin Seydiyev

74. Yusif Nəbiyev

Baş məşqçi: Roman Qriqorçuk

 

Tarix: 19 Aprel 10:48    Oxunub: 606    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.