Ruslan Abışov... Lənət sənə kor şeytan, susuram!

Son ilyarımın ən yaxşı oyununa baxdıq Azərbaycanda.

 

"Qəbələ"nin futbolçuları hədsiz istəkliydilər.

 

Heç Avroliqanın qrupunda bu həvəslə oynamırdılar. Kubokda uğursuzluq halında komandada ciddi dəyişiklər olacaqdı: yüksəködənişli legionerlər yola salınıb, azərbaycanlılara aldıqlarının yarısı müqabilində oynamaq təklif olunacaq, əsasən akademiyanın yetirmələrinin çoxluq təşkil edəcəyi ortabab komanda qurulacaqdı.

 

"Qəbələ"nin futbolçuları qazancdan olmamaq üçün sanki ölüm-qalım savaşına çıxmışdılar. Əsl zəmanə adamıdılar.

 

 

"Neftçi"nin start heyətinə təəccübləndim. Tərlan Əhmədov son aylarda yüksəlişdə olan komandanın aparıcı üzvləri - Emin, Rəhman və Mirabdullanı yanında otuzdurtmuşdu. Yəqin nəsə bildiyi var.


Qriqorçuk, nəhayət, anlayıb ki, Təmkin mütləq oynamalıdı. Ilqar Qurbanov da sağlam olduğu müddətcə meydanda olmalıdı. Ruslan Qurbanovu ehtiyatda saxlamasına səbəb onun adının "Neftçi" ilə hallanması ola bilər.

 

Rəşad Əzizlinin buraxdığı ikinci qol faciədi. Səhv yox a, faciə! Qardaş, o necə topa getməkdi? Aaaa, Səlahət də qapıçıdı axı, mən bilən.

 

Ruslan Abışov....Lənət sənə kor şeytan, susuram..

 

Bugünkü qələbəylə "Qəbələ" zədələnən imicini bərpa etdi.

 

Final Qəbələdədi. "Keşlə" deyib keçməyin. "Qəbələ" favoritdi, amma hər şey ola bilər...Finalda Denis Silvanın özünü necə aparmasından da çox şey asılı olacaq.

 

Ceyhun Rzayev

Tarix: 19 Aprel 15:48    Oxunub: 803    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.