"Düzgün etmədi, amma o da insandı, bizim də başımıza gələ bilər"

“Sumqayıt”ın məşqçisi Seymur Rəhimov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

 

Sportinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən oyundan (ilk oyun 0:1) sonra bunları söyləyib:

 

“Rəqibi təbrik edirəm, bizdən çox istəkli idilər. Hər epizodda aqressivlik göstərirdilər. Bundan başqa, uşaqların üzərində təsir var.

 

Amma bunları bəhanə etmək istəmirəm, rəqib bu gün bizdən çox istəkli idi. Daha tez qol vursaydıq, oyun başqa cür olacaqdı".

 

Rəhimov rəqib baş məşqçi Yuri Maksimovun hərəkətinə də münasibət bildirib: “Bu, aqressivlikdən irəli gələn hərəkətdi. Düzgün etmədi, amma o da insandı. Bizim də başımıza gələ bilər”.

Tarix: 19 Aprel 09:24    Oxunub: 461    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.