Millimiz Makedoniyaya penaltilərlə qalib gəldi - "İnkişaf"da

16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib.

 

Sportinfo.az xəbər verir ki, Makedoniya komandasına qarşı keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.

 

Yığmamızın qolunu Melis Ersoy vurub. Turnirin Əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib.

 

Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 6:5 hesabı ilə qazanıb. Yığmamız növbəti oyununu aprelin 20-də Xorvatiya komandasına qarşı keçirəcək.

Tarix: 19 Aprel 08:12    Oxunub: 461    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.