"Necə çempion olmaq mümkündü, yaxşı bilirəm": Mourinyo


İngiltərə Premyer Liqasının 35-ci turunda səfərdə “Bornmut”u məğlub edən (2:0) “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo matçsonrası açıqlaması ilə gündəmə gəlib.

 

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis jurnalistlərin çempionluqla bağlı sualının cavabında əvvəlki çempionluqlarını xatırladıb.

 

Mourinyo “Portu” və “İnter”lə 2, “Real”la 1, “Çelsi” ilə isə 3 çempionluq qazanıb: “Necə çempion olmaq mümkündü, yaxşı bilirəm. 4 ölkədə 8 çempionluq qazandığımı xatırladım.

 

Bu mövsümdə də niyə çempion ola bilmədiyimizi bilirəm. “Mançester Siti”nin səviyyəsinə şübhə yoxdu.

 

Hər sahədə daha yaxşı olduqları üçün çempion oldular. Ancaq bizim də ötən mövsümlə müqayisədə 10 xal artıq topladığımız nəzərə alınmalıdı”.

Tarix: 19 Aprel 15:12    Oxunub: 434    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.