"Zirə" rəhbərliyi Abbasovdn küsən fanatlarla barışmaq istəyir

"Zirə” rəhbərliyi azarkeşlərlə görüşməyi planlaşdırır.


Sportinfo.az xəbər verir ki, klub idarəçiləri 2018-ci ildə qələbə üzünə həsrət qalan komandanın baş məşqçisini sıxma-boğmaya salan fanatları yola gətirmək istəyindədi.

 

Görüşün hansı tarixdə baş tutacağı dəqiqləşməsə də, bunun yaxın günlərdə reallaşacağı gözlənilir.

 

 

Premyer Liqanın son turunda- "Neftçi” ilə oyunda Ayxan Abbasovu istefaya səsləyən azarkeşlər onun texniki zonadan qovulmasına nail olmuşdular.

 

Belə ki, tərəfdarların təpkisinə su qablarını təpikləyərək reaksiya verən mütəxəssis hakimin qəzəbinə tuş gəlmişdi.

Tarix: 19 Aprel 14:36    Oxunub: 449    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.