U-16 Liqası: Çempion məlum ola bilər

Bu gün U-16 Liqasında 28-ci turun oyunları keçiriləcək. «Turan»ın istirahət edəcəyi həftədə 5 oyunun 4-ü paytaxtda baş tutacaq. Mərkəzi oyun sarıdan «korluq çəkən» turda nisbətən maraqlı oyun Binə qəsəbə stadionunda keçiriləcək. Ümumən maraqsız görünən bu tur «Qəbələ»nin çempionluğunu rəsmiləşdirməsi ilə əlamətdar ola bilər. Əgər əyalət təmsilçisi qalib gələrsə və ən yaxın izləyiciləri «Zirə»ylə «Vətən» xal itirərsə...

 

28-ci tur

19 aprel (cümə axşamı)

13:00 «Neftçi» - «Sumqayıt»

(Binə qəsəbə stadionu)

13:00 «Keşlə» - «Neftçi» İK İB

(«İnter Arena», 4-cü meydan)

13:00 «Vətən» - «Səbail»

(«Neftçi Baza»)

14:00 «Kəpəz» - «Qəbələ»

(Gəncə şəhəri, TİM-nin meydanı)

16:00 «Qarabağ» - «Zirə»

(Binə qəsəbə stadionu)

 

Cəza səbəbindən turu buraxacaq futbolçuların siyahısı: Nemət Musayev («Kəpəz»), Şahmar Abbaszadə («Sumqayıt»), Ağamalı İmaməliyev, Fərid Fərmanov (hər ikisi «Neftçi» İK İB), Samir Qasımov, Murad Hüseynov (hər ikisi «Zirə»), Zeynəddin Abdurrahmanov («Qəbələ»).

 

Bombardirlər: Emil Quluzadə («Vətən») – 18 qol, Fərid Xasıyev («Turan») – 16 qol.

 

«Het-trik news» qəzetinin və sportinfo.az saytının birgə layihəsi

Tarix: 19 Aprel 10:00    Oxunub: 552    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.