U-15 Liqası: "Qarabağ"ın təxirə salınmış oyunu olacaq

Aprelin 19-da “Boulevard Hotel U-15 Liqa”-sının 22-cü turun təxirə salınmış 3 oyunundan biri keçiriləcək. 

 

"Qarabağ" "Sərhədçi" OİK-nin meydanında "Kəpəz"i qəbul edəcək.

 

Matç saat 15:00-da başlayacaq. Hər iki komanda oyuna itkilərlə çıxacaq. Meydan sahiblərindən Elnur Əliyevlə Mirismayıl Rəhimov, qonaqlardan isə Ümid Səmədovla Həsən Seyfullayev U-16 millimizin düşərgəsində olduqları üçün qarşılaşmanı buraxacaqlar.

 

U-15 Liqasında 23-cü turdan təxirə salınmış "Səbail" - "Keşlə" və "Vətən" - "Zirə" matçlarının keçirilmə tarixi hələ bəlli deyil. Həftəsonu keçiriləcək 26-cı turun təqvimi isə bu gün məlum olacaq.

 

 

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 19 Aprel 09:12    Oxunub: 506    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.