"Mən bu kluba 1 manat da xərcləməmişəm, aidiyyatım yoxdu"

Futzal üzrə premyer-liqada təxminən ikihəftəlik fasilə başa çatıb. İlin ilk turu - 11-ci tur qanqaraldıcı məqamla yadda qalıb. Yüksək liqaya iddialı qoşulan “Ceyhunspor” fasilədən “sağ çıxmayıb”. Debütant “Xəmsə” ilə görüşə gəlməyib və təşkilatçılara bu haqda bilgi verilməyib. Belədə “Xəmsə” 3 xalı texniki qələbə sayəsində əldə edib. 


Beləliklə, 11-ci turda bir oyun baş tutmayıb. Qalan görüşlərin nəticələrinə gəlincə, turun mərkəzi oyununda lider “Araz”la ən yaxın izləyicisi “Neftçi” münasibətlərinə aydınlıq gətirib. Biro Jade baş məşqçi kimi ilk oyununda qələbə qazanıb - 6:3. “Ekol” isə xala həsrət autsayderə - “Olimpik”ə divan tutub. 21:3 hesablı qələbə sayəsində “şirkət təmsilçisi” 2-ci yeri ələ keçirib. 

 

Mətbuatda yayılan məlumata görə, "Ceyhunspor""u "Sumqayıt"ın baş meneceri Ceyhun Sultanovla yaxın dostu - keçmiş hakim Elçin Məmmədov yaradıb. İndi isə xəbərlər çıxıb ki, Sultanovun biznes fəaliyyətində çətinliklər yaranıb və klubu maliyyələşdirməkdən imtina etmək məcburiyyətində qalıb. Doğrudanmı, tanınmış funksioner futzalla vidalaşıb? Sportinfo.az-ın bu sualına o, belə cavab verdi:

 

"Bir neçə gündü hamı məndən bunu soruşur. Deməkdən yorulmuşam ki, bu klub Elçinindi. Mənə qətiyyən aidiyyatı yoxdu. Onun da oğlunun adı Ceyhundu. Bizim münasibətimiz var, camaat da elə bilir ki, klub mənə görə "Ceyhunspor" adlanır. Mən "Ceyhunspor"a 1 manat da verməmişəm. Düzdü, çempionatın əvvəlində gedib baxmışdım. İndi futzalla qətiyyən maraqlanmıram.

 

"Sumqayıt"da iş o qədər çoxdu ki, başımı qaşımağa vaxt tapmıram. Saytlardan oxumuşam ki, "Ceyhunspor" meydançaya çıxmayıb. Elçin zəng vurmuşdu, ondan öyrəndim ki, komanda dağılmayıb və federasiya "Xəmsə" ilə oyunu təxirə salıb. Başqa heç nə bilmirəm. Xahiş edirəm, mənə bir də "Ceyhunspor" haqda sual verməyin". 

Tarix: 8 Fevral 11:00    Oxunub: 458    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.