"Qəbələ" ikinciliyi əldən verməyə yaxınlaşacaq - Finişə 5tur qalmış

 Premyer Liqada razvyazkanın bu qədər sürətli olacağını, yəqin, heç kim gözləmirdi.

 

Bütün suallara cəmi bir klub – «Qəbələ» aydınlıq gətirir.

 

Komandanın təbdən düşmüş oyunu həftədən-həftəyə sərhəd tanımır. Bu eniş bir qədər əvvəl başlasaydı, yəqin kollektiv indi ortabablar arasında ilişib qlacaqdı. Elə sonuncu tur «Səbail»lə görüş bunu əyani şəkildə nümayiş etdirdi. 


Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Bu nəticə ilə “qırmızı-qaralar” mövsümdə ardıcıl 4 oyundan da sülhlə ayrılıb. Bununla da Roman Qriqorçukun komandası ardıcıl heç-heçələrin sayında liderliyə yüksəlib.
 
Daha əvvəl “Zirə” və “Keşlə” ilə şərik olan əyalət klubu hər iki komandanın hesabat turunda məğlub olması ilə tək qalıb. Maraqlıdı ki, “Qəbələ” 4 oyunda eyni hesabı – 1:1 təkrarlayıb.
 
Azərbaycan çempionatları tarixinin ən uzun heç-heçə seriyası isə 5 oyundan ibarətdi. Belə sülh sindromuna 6 dəfə təsadüf olunub. “Neftçi” iki, “Qarabağ”, “Keşlə”, “Kəpəz” və “Şüvəlan” hərəyə bir dəfə belə seriyayla diqqət çəkib.


Daha heyətdə baş verənlərə də aydınlıq gətirməyə ehtiyac qalmayıb. Bu gedişlə «Qəbələ» ikinciliyi əldən verməyə yaxınlaşacaq.


Maraqlıdı ki, «Qarabağ»ın yeganə rəqibi sayılan «Qəbələ»nin bu durumu illərdi qeyd etdiyimiz, hətta avrokuboklar dövründə belə qabartdığımız problemlərin zirvəsi sayıla bilər.

 

Əlbəttə, səviyyə baxımından kollektivin bütün imkanları tükənməyib. Qeyd etdiyimiz ötən turda «Qəbələ» son dəqiqələri birnəfəsə keçirərək, rəqibini sıxışdırdı, hətta qələbəyə də yaxın oldu. Bir neçə gün əvvəl komanda kubok görüşündə də belə etmişdi.

 

Fəqət bütün oyun boyu yerində sayıb, yalnız son dəqiqələrə güvənməklə çox uzağa getmək olmaz: arxadan atılan daş kimi - ən yaxşı halda topuğa dəyəcək, yəni heç-heçə qoparılacaq.

 

Problemlərin bu qədər davam etməsi, komandanın strateji vəzifələrində boşluq yaradıb. Bunun da bir səbəbi ola bilər: idaretmədəki boşluqlar.

 

VÜQAR

 

Tarix: 17 Aprel 17:24    Oxunub: 430    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.