"Ordan qayıtdıqdan sonra çox gəzmişəm və göbələk yığmışam”

“Yuventus”un qapıçısı Canluici Buffon Çempionlar Liqasının 1/4 finalında “Real”la keçirilən cavab qarşılaşmasından sonra əsəblərini necə sakitləşdirməsindən danışıb.

 

Sportinfo.az xəbər verir ki, Buffon Madriddən qayıtdıqdan sonra xeyli piyada gəzdiyini bildirib.

 

O, göbələk yığmağa getdiyini də deyib: “Qəbul etdiyimiz qərarlar həm də bizim varlığımızın təcəssümüdü. Hərdən problemi şişirdirik və səhvə yol veririk. Ancaq bu, həyatdı - məhz buna görə də mən dünyaya gəlmişəm.

 

Ağzına qədər emosiya və adrenalinlə dolu həftəm oldu. Amma mən bunlarla yaşayıram. Madriddən qayıtdıqdan sonra çox gəzmişəm və göbələk yığmışam”.

 

Buffon qarşılaşmanın son dəqiqəsində “Yuventus”un qapısına penalti təyin edən hakimlə mübahisə etdiyi üçün qırmızı vərəqə alaraq, meydan qovulmuşdu.

Tarix: 17 Aprel 17:00    Oxunub: 329    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.