Zidan: "Benzema ruhdan düşmür, çalışır"

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın hücumçusu Kərim Benzema haqda danışıb.

 

Sportinfo.az xəbər verir ki, Zidan bu mövsüm tənqidlərə tuş gələn forvardın tərəfini saxlayıb:

 

"Bəli, Benzema qol vurmamağa görə, zəif mövsüm keçirir. Fərqlənməyi sevən hücumçudur və şanslar əldə edir.

 

"Malaqa" ilə matçda yaxşı oynadı, rəqibi məyus edə bilmədi. Buna baxmayaraq, ruhdan düşmür, çalışır".

 

Zidan Çempionlar Liqasının yarımfinal mərhələsindəki rəqibləri olan "Bavariya" ilə bağlı danışıb:

 

"Asan olmayan iki oyun olacaq. Ən yaxşısını etməyə çalışacağıq. İlk oyuna qədər matçlarımızda rotasiyalar olacaq. Yarımfinaldan öncə oyunçular dincəlməlidir. Belə vacib oyunlara hər kəs sağlam çıxmalıdı", 

Tarix: 17 Aprel 16:48    Oxunub: 288    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2018
23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.