ŞOK GƏLİŞMƏ! "Xəzər Lənkəran"la "Xəzər"in birləşməsi üçün… Mənsimov şərtini dedi

I Divizionda debüt mövsümünü keçirən «Xəzər» inamlı çıxışı ilə diqqət çəkir.

 

Emin Abbasovun icraçı direktor, Gündüz Abbaszadənin baş menecer, Elşad Əhmədovun isə baş məşqçi postuna gətirilməsindən sonra paytaxt təmsilçisinin uğurlu günləri bir-birini əvəz edir.

 

Komanda mövsümün başa çatmasına 4 tur qalmış turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider «Qaradağ Lökbatan»dan yalnız 4 xal geri qalır.


Normalda bütün yollar «Xəzər»i Premyer Liqaya aparır. Elə klub rəhbərliyi də bunu istəyir. E.Abbasov da, E.Əhmədov da bütün açıqlamalarında güclülər dəstəsində özlərini sınamaq istədiklərini bildiriblər.

 

Bunun üçün hər şeyə hazırdılar. AFFA-nın Lisenziyalaşdırma Proqramının meyarlarını yerinə yetirməyə də, digər şərtlərə də. Burda maneə AFFA-dı. Federasiya yeni yaranmasını və maliyyə mənbələrini bilmədiyini əsas gətirərək, «Xəzər»in önünə sədd çəkir.

 

Münasibətlər hələ soyuqdu, yaxınlaşmağa ehtiyac var. Belə görünür, klub başbilənlərinin fikri çox ciddidi və sonadək çalışacaqlar ki, AFFA ilə razılığa gəlsinlər.


«Xəzər» paytaxtı təmsil edir. Premyer Liqada isə Bakı klublarının sayı 4-dü. «Qarabağ»ın ev oyunlarını Suraxanıda keçirməsini, «Qəbələ» ilə «Kəpəz»in baş şəhərdə məskunlaşmasını nəzərə alsaq, bölgələr demək olar tamamilə futbolsuz qalıb.

 

Bunu nəzərə alan «Xəzər» rəhbərliyi maraqlı addım atıb. 2016-cı ildə peşəkar futbol səhnəsindən çəkilən və indi yalnız uşaq akademiyası səviyyəsində fəaliyyət göstərən «Xəzər Lənkəran»la birləşmək təşəbbüsü ilə çıxış ediblər.

 

Bu məqsədlə aşağı dəstə təmsilçisinin himayədarları Türkiyəyə yollanıb və məsələni müzakirəyə çıxarmaq üçün XL-ın sahibi Mübariz Mənsimovla bir araya gəlib. İstanbulda baş tutan görüşdə «Xəzər Lənkəran» stadionunun «Xəzər»in balansına verilməsi və klubun birdəfəlik bura köçməsi haqda danışılıb.

 

Mənsimov təklifə isti yanaşıb, eyni zamanda, öz şərtini irəli sürüb.  Şərt isə budu ki, Lənkəranı təmsil edəcək klubun işçi personalının 95 faizi yerli kadrlar olmalıdı. Yəni ki, XL-ın əvvəlki personalı vəzifə başına gətirilməlidi. O, stadionu Höccət Hacıyevdən qeyrisinə etibar etməyəcəyini və yaxın qohumunun mütləq öncəki iş yerinə qaytarılmasının gərəkdiyini söyləyib. 


Son olaraq məlumat verək ki, məsələ anlaşma səviyyəsinə çatmayıb. Çünki «Xəzər» tərəfi Mənsimovun şərtlərini incələyib, vəziyyətə uyğun qərar verəcək. Ola bilsin, üzümüzə gələn həftələrdə başqa variantlar da ortaya çıxsın.

 

SPORTİNFO,AZ

Tarix: 17 Aprel 16:36    Oxunub: 1666    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2018
23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.