AFFA hakimləri təhqir edən klub rəsmilərini cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportinfo.az xəbər verir ki, iclasda birinci divizionda və əvəzedicilərin yarışında baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

Əvəzedici heyətlərin 23-cü turunun “Zirə” - “Neftçi” matçında ev sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

 

Oyunun 90+4-cü dəqiqəsində “Zirə”nin futbolçusu Samir Məmmədzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

 

Birinci divizionun 23-cü turunun “Qaradağ Lökbatan” - “Zaqatala” matçının 43-cü dəqiqəsində qonaqların futbolçusu Nicat Muxtarov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

 

“Ağsu” - “Mil-Muğan” matçında İmişli klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

Oyunun 57-ci dəqiqəsində “Mil-Muğan”ın üzvü Samir Babayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 160 manat cərimə olunub. 

 

“Binə” - “Şüvəlan” matçı başa çatdıqdan sonra “Binə” klubunun rəsmi şəxsləri Rəhman Cəfərov, Süphan Əliyev, Сavid Tanrıverdiyev meydançaya daxil olaraq hakimlər briqadasını təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalnıb, klub 1200 manat cərimə olunub. 

Tarix: 17 Aprel 16:12    Oxunub: 341    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2018
26 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.