"Yıxılanı "baltalamaq" "sevgimizdən" əl çəkək!"

Füzuli Məmmədov "Zirə"nin baş məşqçisi Ayxan Abbasova dəstək olub.

 

Sportinfo.az xəbər verir ki, "Səbail"in U-17 komandasının baş məşqçisi olan gənc mütəxəssis həmkarına qarşı haqsızlıq edilməsiylə bağlı sosial şəbəkə hesabında fikirlərini yazıb:

 

"Son günlər "Zirə" nin baş məşqçisi Ayxan Abbasova qarşı səslənən fikirləri təəssüflə oxuyuram. Yerə vurduğunuz Ayxan Abbasov "Zirə"ni avroliqaya çıxarıb, bu gün onu istefaya səsləyən azarkeşlərə bəlkə də komandaları ilə birgə yaşayacağı ən böyük sevinci bəxş etdi.

 

Bu gün istefaya səslədiyiniz Ayxan Abbasov qurduğu komanda ilə Avroliqada layiqli oyunlar göstərdi. Bu gün haqsızlıq etdiyiniz Ayxan Abbasov "Zirə" ilə qış fasiləsinə qədər bütün rəqiblərə başağrısı olub.

 

Hal-hazırda da Ayxan Abbasovun komandası çempionatın iddialıları arasındadı. Özümüzə, öz dəyərlərimizə hörmətlə yanaşaq, onları qoruyub, dəstək olaq. Yıxılanı "baltalamaq" "sevgimizdən" əl çəkək!".

Tarix: 17 Aprel 15:48    Oxunub: 395    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2018
23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.