"Neftçi"nin futbolçuları "Zirə"yə görə 1500 manat aldı

«Neftçi» Premyer Liqanın son hesabat həftəsində şeytanın qıçını sındırdı.

 

«Ağ-qaralar» 3 ildi elitada çıxış edən rəqibinə ilk dəfə qalib gəldi. Təbii ki, bu, ümumi mübarizəyə aid deyil.

 

Ötən 2 mövsümdə «qartallar» kuboku uğrunda yarışmadan uzaqlaşdıran «Neftçi» çempionatda onu izləyən sindroma son qoydu.

 

Səfərdə 3:0 hesabıyla qalib gələn komanda üzvləri rəhbərlik tərəfindən layiqincə qiymətləndirilib. Hər bir futbolçuya öncədən 1000 manat mükafat vəd olunmuşdusa, gözəl oyun və nəticə idarəçiləri riqqətə gətirib və məbləğ 1500-ə qaldırılıb (Sportinfo.az). 

 

Tarix: 17 Aprel 15:36    Oxunub: 469    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2018
23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.