"Messinin dünya çempionatı üçün xeyli enerjisi və gücü var"

“Barselona”nın baş məşqçisi Ernesto Valverde “Selta” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında Lionel Messinin hazırlığı barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, Valverde Messinin enerjisinin kifayət qədər olduğunu bildirib.

 

O, “Selta” ilə qarşılaşmada Leoya istirahət verə biləcəyinə də işarə edib: “Ola bilsin ki, sabah (bu gün) Messi istirahət etsin. Narahat olmağa heç bir əsas yoxdu. Bir neçə gün əvvəl o, əla oyun keçirib.

 

Argentinada da hamı sakitdi. Çünki Messinin dünya çempionatı üçün xeyli enerjisi və gücü var. Bu mövsüm “Selta” ilə üç dəfə qarşılaşmışıq. 

 

Onların əla komandası var və avrokuboklara vəsiqə uğrunda mübarizə aparırlar. Üç xal almağı planlaşdırırıq. Amma çətin olacağını da bilirik”.

Tarix: 17 Aprel 15:24    Oxunub: 319    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.