"Çempionlar Liqasını qazansaq, digər mükafatlar vecimə deyil"

"Liverpul" ilə karyerasının ən yaxşı mövsümünü keçirən Məhəmməd Salah açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, bu mövsüm oynadığı 45 matçda 40 qol vuran və  "Qızıl butsı" mükafatını qazanmaqda əsas namizədlərdən olan misirli ulduz bununla bağlı danışıb:

 

"Həqiqətən çox gözəl bir hissdir. Amma komandam üçün qol vururam və bunun üçün çox xoşbəxtəm.

 

Əgər Çempionlar Liqası çempionluğunu və "Qızıl butsı"dan birini seçməli olsaydım, şübhəsiz Çempionalar Liqasını seçərəm. Bu titulu qazansaq, çox xoşbəxt olaram. Digər şeylər vecimə də olmaz".

 

Premyer Liqada 30 qolla bombardir olan Salah Harri Keyn (25) və Serxio Aqueronu (21) qabaqlayır. 25 yaşlı vinger qol kralı olmaq istədiyini deyib:

 

"Yalan deməyəcəm: bombardir olmaq istəyirəm. Komanda yoldaşlarım mənə ötürmə edib, yardım etmək istəyirlər. "Tottenhem"li futbolçular da Keyn üçün bunu edirlər. Bu, belədir, amma komandanın uğuru daha önəmlidir".

Tarix: 17 Aprel 14:24    Oxunub: 280    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2018
23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.