Joze Mourinyo Pol Poqbanın PSJ-yə satılmasına icazə verdi

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo futbolçu Pol Poqbanın satışına icazə verib.

 

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 25 yaşlı yarımmüdafiəçinin çıxışından narazıdı.

 

Bu səbəbdən, Mourinyo yay fasiləsində Fransa yığmasının üzvünün satışı üçün “yaşıl işıq” yandırıb. Poqbanın xidmətində Fransa təmsilçisi PSJ maraqlıdır. Parislilərin artıq onunla danışıqlara başladığı bildirilir.

 

2016-cı ilin yayında İtaliyanın “Yuventus” klubundan 105 milyon avro qarşılığında “Mançester Yunayted”ə transfer olunan Pol Poqba İngiltərə Premyer Liqasının cari mövsümündə 5 qol vurub və 9 məhsuldar ötürmə verib. O, hazırda İngiltərə Premyer Liqasında ən bahalı futbolçudur. 

Tarix: 17 Aprel 13:48    Oxunub: 334    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.