"Bəzi təkliflər olacaq, amma biz onu satmaq fikrində deyilik"

2 mövsüm əvvəl Braziliyanın "İnternasional" klubundan 8 milyon avroya transfer olan qapıçı Alison Beker haqqında çıxan transfer xəbərlərinə "Roma"dan cavab gəldi.

 

Sportinfo.az xəbər verir ki, "Real", PSJ və "Liverpul"un tranfer siyahısında olduğu iddia edilən Allison üçün "Roma"nın prezidenti Ceyms Palotta braziliyalı əlcək sahibini satmayacaqlarını deyib:

 

"İnsanların nə üçün Bekerin növbəti mövsüm bizimlə olub-olmayacağına danışmasına təəccüblənirəm.

 

Satılmayacaq! Alisonu göndərmək fikrimiz yoxdur. Bəzi təkliflər olacaq, amma biz onu satmaq fikrində deyilik. Çünki o, möhtəşəm qapıçıdır".

 

Braziliya millisinin üzvü olan 25 yaşlı qolkiper 2016-cı ildən "canavarlar"da çıxış edir.

Tarix: 17 Aprel 13:36    Oxunub: 327    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.