"Bütün oyunları izləyəcəm, eləcə də finalı, amma televiziyadan"

İyunun 15-də start götürəcək dünya çempionatına artıq az vaxt qalıb.

 

Sportinfo.az xəbər verir ki, 4 illiyin ən böyük turniri bu dəfə bizə çox yaxın ölkədə – qonşu Rusiyada keçiriləcək.

 

Mundialın harada baş tutmasından asılı olmayaraq, dünyanın ən güclü yığmalarının mübarizə apardığı yarışa həmişə böyük maraq olub.

 

Qusar "Şahdağ"ının baş məşqçisi Kamran Əlibabayev Sputnik Azərbaycan-a açıqlamasında qarşıdan gələn çempionat barədə fikirlərini bölüşüb.

 

O, dünya çempionatının çox maraqlı keçəcəyinə inandığını bildirib: "Bir-birindən maraqlı oyunlar bizi gözləyir desəm, yanılmaram. Futbol həmişə öz sürprizləri ilə seçilən komanda oyunudur".

 

K.Əlibabayevin fikrincə, çempionatda Skandinaviya ölkələrindən hansısa biri bizləri təəccübləndirə bilər:

 

"Özüm Danimarka yığmasına azarkeşlik edəcəyəm. Dünya çempionatında iddialı komandalar çox olsa da, düşünürəm ki, 4 il öncə olduğu kimi, bu dəfə də finalda Argentina və Almaniya milliləri oynaya bilər".

 

Əlibabayev "Görəsən şimal qonşumuz bu cür nəhəng turnirin təşkilatçılığının öhdəsindən necə gələcək?" sualımızı da cavablandırıb. Qeyd edib ki, Rusiyanın artıq bu yöndə müəyyən təcrübəsi var.

 

"2014-cü ildə Soçidə Qış Olimpiadasını yüksək şəkildə keçirən bir ölkə çox güman ki, bu işin də öhdəsindən gələcək. Çünki artıq buna oxşar təcrübələri var".

 

Mundialın finalını stadiondan canlı izləmək əksər futbol fanatlarının ən böyük arzularından biridir. Amma maraqlıdır ki, Kamran Əlibabayev bu fikirdə deyil. O, yarışları televiziyadan izləməyə üstünlük verir.

 

"Əlbəttə, çalışdığım qədər bütün oyunları izləyəcəm, eləcə də finalı, amma televiziyadan. Stadiondan finala baxanda oynanılan futboldan həzz almaq mümkün deyil. Ona görə həlledici qarşılaşmanı televiziyadan izləməyi məsləhət görərdim" - müsahibimiz bildirib.

Tarix: 17 Aprel 13:24    Oxunub: 495    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.