Çempionlar Kuboku uğrunda mübarizə aparacaq klublar - SİYAHI

Beynəlxalq Çempionlar Kuboku-2018 turnirinin iştirakçıları müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, yayda keçiriləcək yarışda İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa və Portuqaliyadan ümumilikdə 17 komanda mübarizə aparacaq.

 

Turnirdə ən çox təmsilçisi olan ölkə İngiltərədi. Belə ki, Premyer Liqanın 6 təmsilçisi bu yarışa qatılacaq. Bunlar “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Yunayted”, “Mançester Siti” və “Tottenehm”di.

 

İtaliya 4 klubla - “Yuventus”, “Roma”, “Milan” və “İnter”lə təmsil olunacaq. İspaniyadan isə “Real”, “Barselona” və “Sevilya” bu turnirdə iştirak hüququ qazanıb.

 

Almaniyanı “Bavariya” ilə Dortmund “Borussiya”sı təmsil edəcək. Fransa (PSJ) və Portuqaliya (“Benfika”) isə hərəyə bir klubla təmsil olunacaq.

 

Turnirin oyunları müxtəlif ölkələrdə keçiriləcək. Belə ki, Avstriya, İtaliya, Sinqapur, İsveç, İsveçrə və ABŞ-ın bütövlükdə 20 şəhəri bu yarışa ev sahibliyi edəcək.

 

Ötən il “Barselona” bu turnirin qalibi olub. 2013-cü ildən ənənəvi olaraq təşkil edilən yarışda PSJ 2 dəfə (2015 və 2016-cı illərdə), “Real” (2013) və “Mançester Yunayted” (2014) isə 1 dəfə çempion olub.

 

Tarix: 17 Aprel 13:00    Oxunub: 345    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.