"Zirə"nin islahat planı - Bunlar olmasa, o, gələcək

«Zirə» qarışıb. İçəridən və çöldən.

 

Komanda xaosa sürüklənib. Sln 9 rəsmi matçında qələbə üzü görməyən «qartallar» dəyişiklik astanasındadı.

 

Azarkeşlər və Ayxan Abbasova «ayı xidməti» göstərməyən media mənsubları bu fikirdədi ki, sükan başqa mütəxəssisə tapşırılmalıdı. 


Artıq bəzi məşqçilərin adı hallanmaqdadı. Dünən yayılan məlumatlardan belə anlaşıldı ki, klub rəhbərliyi ən real namizədi seçib, hətta onunla gizli şəkildə bir araya gələrək, ilkin razılıq da əldə edib.

 

O, Samir Abasovdu – «Sumqayıt»da 4-cü ilini keçirən və ilk dəfə avrokuboklara vəsiqə qazandırmağa yaxın olan çalışdırıcı.


Bildirilir ki, Abasov idarəçiliyi əl dəyişən «Sumqayıt»da bundan artıq qalmaq istəmir və daha iddialı «Zirə»yə keçmək üçün gün sayır.

 

Çünki burda ona gül və gülüstanlıq vəd ediblər. Hansı ki, medallar uğrunda mübarizə aparmaq yolunda pul da xərcləyəcəklər, səviyyəli legioner gətirməyə də şərait yaradacaqlar.


Hazırda Ayxan Abbasovu vəzifəsində saxlayan Rəşad Sadıqovdu. Bu variantı gündəmdə saxlayan da elə onun özüdü. 4 ilə yaxındı klubda qeyri-rəsmi olaraq müşavir postunu tutan «Qarabağ»ın kapitanı sponsorları inandıra bilib ki, indiki məqamda baş məşqçini dəyişmək təhlükəlidi.

 

O, bu məsələyə mövsümün sonunda baxılmasını məqsədəuyğun hesab edib. Komanda qitə arenasına vəsiqə qazanmasa, Abbasova qapı göstəriləcək. Əksi olsa, müqaviləsinin müddəti daha 1 il uzadılacaq.

 

Sadıqov ona görə gözləmə mövqeyi tutub ki, Abbasovun sonra danışmağa, deyinməyə sözü qalmasın. Deməsin ki, 5 oyun qalmışdı, imkan yaratmadılar, yoxsa komandanı Avropaya aparacaqdım.


Əslində, rəhbərlikdə yer alanların fikrindən əcnəbi mütəxəssis də keçir, Ancaq Sadıqov buna qarşıdı. Müşavir heç bir halda xarici çalışdırıcı ilə işbirliyinə getməyəcəyini bildirib.

 

Onun fikrincə, ölkə futbolunu yaxından tanımayan «x» bir məşqçinin Azərbaycanda uğur qazanmaq ehtimalı çox aşağıdı. 


SPORTİNFO.AZ

Tarix: 17 Aprel 12:36    Oxunub: 619    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.