Əvəzlənməsinə etiraz edən futbolçu baş məşqçiyə hücum çəkdi - VİDEO

Boliviyanın “Nasional Potosi” klubunun futbolçusu Tyaqu Dos Santos ölkə çempionatının XII turunda “Sport Boys”a 0:4 hesabı ilə uduzduqları görüşün 34-cü dəqiqəsində əvəzlənməsinə kobud formada reaksiya verib.

 

Sportinfo.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi meydandan çıxandan dərhal sonra baş məqşinin üzərinə gedib və onu itələyərək təhqir edib.

 

Olaya ehtiyat oyunçular skamiyasındakı futbolçular və hakimlər müdaxilə ediblər. Yekunda referi braziliyalıya qırmızı vərəqə göstərib. Azlıqda qalan “Nasional Potosi” səfər matçında 4 qolu fasilədən sonra buraxıb.

 

Tarix: 17 Aprel 12:12    Oxunub: 1052    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.