"Mən məşqdə belə, Ronaldo qədər qol vura bilmirəm"

"Bavariya"nın hücumçusu Sandro Vaqner maraqlı açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, Almaniya millisinin üzvü Çempionalr Liqasının yarımfinal mərhəsləsində rəqibləri olan "Real"ın futbolçusu Kristiano Ronaldo haqda danışıb.

 

30 yaşlı forvard Ronaldonun ünvanına xoş sözlər səsləndirib: "Ronaldo çox qol vurur. Həqiqətən də inanılmaz bir şeydi.

 

Məşqdə belə onun qədər qol vura bilmirəm. Belə insanları sevirəm. Hamımız bir-birimizə bənzəsək, çox sıxıcı olar. Onun kimi birinə rəqib olmaq möhtəşəmdi".

 

"Bavariya" ilə "Real" arasında ilk oyun aprelin 25-i Münhendə, cavab qarşılaşması isə 1 həftə sonra Madriddə baş tutacaq.

Tarix: 17 Aprel 11:24    Oxunub: 339    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2018
23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.