Bir Balayev idi, o da bala-bala…

 Premyer Liqada (TPL) əvəzolunmaz qapıçı qalmayıb.

 

Sportinfo.az xəbər verir ki, tək rekordçu qalan "Səbail"li Emil Balayevin də seriyası qırılıb.

 

Belə ki, milli komandamıza da cəlb olunan 24 yaşlı qapıçı "Qəbələ"ylə başlayan XXIII turun səfər matçında ehtiyatda qalıb. Onu qapıda I Divizionda da "Səbail"in qapıçısı olmuş Elxan Əhmədov əvəzləyib.

 

Bununla da gənc qapıçı hazırkı klubunun heyətində TPL-də debüt edib. O, bunadək cari mövsümdə ölkə kubokunda debüt etmişdi. 

 

Bunadək "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının TPL-də cari mövsümdə seriyası qırılmışdı. Ukraynalı qolkiper cari çempionatda ilk dəfə ötən tur zədə üzündən əvəzlənib. Dmitrinin bu çempionatda seriyası 1915 dəqiqə olub. Balayev isə 1980 dəqiqəylə rekordçu olub.

Tarix: 17 Aprel 11:00    Oxunub: 445    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.