Erməni baş məşqçiyə oyun zamanı diri xoruz atıldı - VİDEO

 Rusiyanın "Luç-Energiya" komandasının baş məşqçisi Aleksandr Qriqoryana oyun vaxtı diri xoruz atılıb.

 

Sportinfo.az xəbər verir ki, hadisə I Divizionda XXXIII turun "Fakel" ilə səfər qarşılaşmasında baş verib.

 

Erməni baş məşqçini aşağılayan şəxsin Vladivostok komandasının azarkeşi olduğu bildirilir. Qriqoryanla münaqişədə olan həmin şəxs tutularaq, stadiondan çıxarılıb. Baş məşqçi isə özünü piss hiss etdiyi üçün oyunsonrası mətbuat konfransına qatılmayıb.

 

Voronejdə keçirilmiş görüş "Fakel"in qələbəsi ilə yekunlaşıb - 3:1. Meydan sahiblərinin heyətində qış fasiləsinədək azərbaycanlı yarımmüdafiəçi Samir Məsimov da çıxış edib. Lakin o, fevralda transferə çıxarılıb. 

 

Tarix: 17 Aprel 10:24    Oxunub: 981    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.