Yığmamızın hücumçusu Rusiya klubuyla müqaviləni uzatdı

Çempionlar Liqasında növbəti dəfə titul qazanmaq şansını əldən verən Natalya Məmmədova mövsümü major notda bitirmək istəyir.

 

Bunun üçün heyətində yer aldığı Kazan “Dinamo”su Rusiya çempionatının finalında Moskva “Dinamo”suna qalib gəlməlidi.

 

Artıq final seriyasının təqvimi müəyyənləşib. Tərəflər arasında ilk oyun aprelin 16-da keçiriləcək. “Adaşlar” ertəsi gün ikinci dəfə üz-üzə gələcək. Son görüşün isə ayın 21-də baş tutması planlaşdırılır. 


Sportinfo.az xəbər verir ki, mövsümü yüksək səviyyədə keçirən yığma üzvü karyerasını Tatarıstan təmsilçisində davam etdirmək qərarına gəlib. 34 yaşlı hücumçu kazanlılarla müqaviləni 2018/19 mövsümünün sonuna kimi uzadıb.

Tarix: 17 Aprel 10:00    Oxunub: 332    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2018
23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.