Hakim fasilə zamanı penalti təyin etdi, geri qayıtdılar - VİDEO

Almaniya Bundesliqasında 30-cu tur başa çatıb.

 

Sportinfo.az xəbər verir ki, hesabat turunun son matçında "Maynts" "Frayburq"u qəbul edib və 2:0 hesablı qələbə qazanıb.

 

Oyunun ilk hissəsində maraqlı anlar baş verib. İlk hissə başa çatmasından sonra komandalar paltardəyişmə otağına gedən zaman baş hakim Quido Uinkmann VAR-a baxaraq qonaqların qapısına penalti təyin edib.

 

Bu səbəbdən "Frayburq" "Manyts"lı futbolçuların meydana dönməsini gözləyiblər. Komandalar tam şəkildə meydana döndükdən sonra hesab açılıb.

 

Matça meydan sahiblərinin azarkeşləri də damğa vurmağı bacarıblar. Bazar ertəsinə salınan görüşə etiraz edən fanatlar meydana tualet kağızları atıblar. Bunun üçün də oyun bir müddət dayanıb.

 

Tarix: 17 Aprel 09:36    Oxunub: 671    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2018
23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.