SƏRT QƏRAR - UEFA bu klubu avrokuboklardan kənarlaşdırdı

İsveçrənin "Syon" klubu 2018-2019 və 2019-2020 mövsümlərində avrokuboklarda iştirakdan məhrum edilib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın Klublara Maliyyə Nəzarəti Komitəsi qərar çıxarıb.

 

Səbəb kimi lisenziyalaşdırma və maliyyə feyr-pleyi qaydalarının pozulması göstərilib. "Syon"a 235 min dollar cərimə də kəsilib.

 

Qazaxıstan "İrtış"ı bir avrokubok mövsümündə şərti kənarlaşdırılma cəzası və 440 min avro cərimə ilə üzləşib. Pavlodar şəhərinin təmsilçisi 3 illik sınaq dövrü keçəcək.

 

Albaniyanın "Tirana" və Serbiyanın "Voyvodina" klubları 215 min avro cərimələniblər. Bu məbləğlər 2017-2018 mövsümündə Avropa Liqasında iştirak qarşılığında klubların gəlirlərindən çıxılacaq.

 

Maliyyə feyr-pleyini pozması üzündən Bakının "İnter" (hazırkı "Keşlə") klubu 2016-2017 mövsümündə avrokuboklardan kənarlaşdırılmışdı. Kluba eyni zamanda iki transfer dövründə yeni oyunçu alması qadağan edilib.

Tarix: 17 Aprel 09:00    Oxunub: 397    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.