"Qəbələ" bizi sıxdı" etirafı

"Bu oyunda qələbə də qazana bilərdik.

 

Təcrübə və ehtiyatsızlıq komandaya bir az mane oldu.

 

"Qəbələ" ilə matçda qalib gəlməliydik. 1:1 hesablı heç-heçə etdik. Bu da yaxşıdır. Əsas məqsədimiz "Qəbələ"dən xal almaq idi. Sevinirəm ki, bu xalı da aldıq".

 

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in futbolçusu Vüqar Nadirov Premyer Liqanın XXIII turunda səfərdə "Qəbələ" ilə 1:1 etdikləri görüşdən sonra deyib.

 

Nadirov oyunun hər iki hissəsini belə dəyərləndirib: "Birinci hissədə normal oynadıq. İkinci hissədə isə 20-25 dəqiqə "Qəbələ" bizi sıxdı. Bunu başa düşmək olar. Məcbur qalıb müdafiəyə çəkildik. Əsas odur ki, xal qazandıq".

 

31 yaşlı hücumçu bildirib ki, hələ bu qarşılaşmadan öncə yaxşı nəticə əldə edəcəklərinə inanıblar: "Qəbələ" ilə matç hər bir komanda üçün çətin olur. Biz də xallar qazanmaq istəyirik. 

 

Hər bir komanda ilə oyuna ilk növbədə, 3 xal üçün çıxırıq. Sonra isə meydanı xalsız tərk etməməyi planlaşdırırıq. Bu görüşdə də çalışdıq ki, rəqibdən xal alaq. Bura o ümidlə gəlmişdik".

 

Forvard "Səbail"in çempionatdakı hədəflərindən danışıb: "Əsas hədəfimiz odur ki, çempionatda yerimizi tutaq. "Keşlə" və "Kəpəz" komandalarından öndə olmaq istəyirik. Nə qədər xal toplasaq, komandaya xeyirdi".

Tarix: 17 Aprel 08:36    Oxunub: 288    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.