Onu unuda bilmir - FOTOLAR

Kriştiano Ronaldo ayrıldığı rusiyalı model İrina Şeyki unuda bilmir.

 

Sportinfo.az xəbər verir ki, bu barədə "The Sun” məlumat yayıb.

 

Nəşrin iddiasına görə, "Real”ın və Portuqaliya millisinin ulduzu dostlarına etiraf edib ki, 2015-cil ilin yanvarında ayrılmalarına baxmayaraq, onun Şeykə olan hissləri hələ də soyumayıb.

 

Ronaldo modeli indiki sevgilisi, 43 yaşlı Hollivud aktyoru Bredli Kuperə qısqanır. Cütlüyün mart ayında qızları dünyaya gəlib. 

 
 
 
Ronaldo hazırda 23 yaşlı ispan model Corcina Rodriqeslə birlikdədi. Onların ötən ilin noyabrında qızı dünyaya gəlib.
 
Həmçinin futbolçunun surroqat anadan daha üç uşağı - yeddi yaşlı kiçik Kriştiano və 2017-ci ilin iyun ayında dünyaya gəlmiş Yeva və Mateo adlı övladları var. 
 



Tarix: 17 Aprel 01:00    Oxunub: 466    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.