Altay Həsənov: "Qarşıya qoyulan əsas məqsədə çatmışıq"

“Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı Azərbaycanın və Avropanın idman həyatında növbəti mühüm hadisədir.

 

Turnirə 25 ölkədən 400-dən çox idmançı qatılıb. Bizim artıq belə turnirləri keçirmək təcrübəmiz var. İdmançılarımızın nəticələri ilə bağlı deməliyəm ki, qarşımıza qoyduğumuz əsas məqsədə çatmışıq.

 

Belə ki, idmançılarımız Avropa oyunlarına lisenziyalar qazanıb. Azərbaycan millisinin üzvü Mixail Malkinin qızıl medal qazanması isə hamımızı çox sevindirir.

 

Bizim sinxron tullanmalar üzrə idmançı qızlarımız Veronika Zemlanaya və Svetlana Makştareva da çox yaxşı çıxış etdilər və gümüş medal qazandılar. Hesab edirik ki, Avropa çempionatı Bakıda yüksək səviyyədə təşkil olunub”.

 

Sportinfo.az xəbər verir ki, bunu AGF-nin vitse-prezidenti Altay Həsənov deyib. O, Azərtac.az-a müsahibəsində federasiyanın yeniliklərə daim açıq olduğunu söyləyib: 

 

“Biz də öyrənirik. Belə turnirlərin keçirilməsində yenilikləri də nəzərə alırıq. Bu il yeniliklər daha çox idi. Belə ki, Avropa çempionatının maskotu ABŞ-dan dəvət olunmuş professionallar idi. Bu bizim federasiyanın kreativliyindn xəbər verir.

 

Görürsünüz ki, tribunalar doludur. Burada valideynlərlə yanaşı, xarici qonaqlar və turistlər də çoxdur. Bu bizim arzularımızın reallaşmasıdır.

 

Artıq medallara sevinirik. Bunlar hamısı son 15 ildə gerçəkləşdirilən düzgün fəaliyyətin nəticəsidir. Burda əlbəttə, Bakıda 2015-ci ildə keçirilmiş ilk Avropa oyunlarının da rolu var”.

Tarix: 17 Aprel 00:40    Oxunub: 289    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.