Azərbaycan komandası Dünya Kubokunun finalına yüksəldi

Bədii gimnastika üzrə Azərbaycan milli komandası İtaliyanın Pesaro şəhərində Dünya Kubokunda çıxış edib.

 

Sportinfo.az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, qrup hərəkətləri proqramında Aliyə Paşayeva, Siyana Vasilyeva, Diana Doman, Zeynəb Hümmətova və Ayşən Bayramova finala yüksəliblər.

 

Onlar 5 halqa ilə təsnifat mərhələsində 17.300 xal toplayaraq 8-ci yeri tutublar.  Final mərhələsində "5-lik" hakimlərdən 17.700 xal alaraq 4-cü olub. 

 

Fərdi proqramda isə Zöhrə Ağamirova və Veronika Hudis çıxış edib. Onlardan ən yaxşı nəticəni Ağamirova lentlə nümayiş etdirib. O, 51 iştirakçı arasında 12-ci yeri tutub.

Tarix: 17 Aprel 00:10    Oxunub: 278    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.