"Sumqayı"tın ev oyunlarını 14078 azarkeş izləyib - TABLO

Artıq Topaz Premyer Liqasında 2017/2018 mövsümü sona çatmaq üzrədir.

 

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın geridə qalan 23 turu ərzində "Sumqayıt" 11 qələbə, 6 heç-heçə və 6 məğlubiyyətə imza ataraq 39 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.

 

Komanda geridə qalan 23 tur ərzində cəmi 10 ev oyunu keçirib ki, bu qarşılaşmaları da ümumilikdə 14078 nəfər azarkeş oyunu tribunalardan izləyib.

"Sumqayıt" bütün azarkeşlərə komandanı tək buraxmadıqları üçün təşəkkür edir, 18 aprel saat 17:00-da Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşması çərçivəsində doğma meydanda baş tutacaq "Keşlə" ilə matçda komandanın yanında olmağa dəvət edir.

"Kapital Bank Arena"da keçirilmiş 8 oyun üçün azarkeş sayı aşağıdakı kimidir

1. “Sumqayıt” FK – “Kəpəz” (1326 azarkeş)
2. “Sumqayıt” FK – “Neftçi” (1500 azarkeş)
3. “Sumqayıt” FK – “Qəbələ” (1300 azarkeş)
4. “Sumqayıt” FK – “Zirə” (1300 azarkeş)
5. “Sumqayıt” FK – “Keşlə” (1200 azarkeş)
6. “Sumqayıt” FK – “Səbail” (1326 azarkeş)
7. "Sumqayıt" FK – "Neftçi" (1300 azarkeş)
8. "Sumqayıt" FK – "Qarabağ" (1326 azarkeş)
9. “Sumqayıt” FK – “Kəpəz” (1000 azarkeş)
10. “Sumqayıt” FK – “Keşlə” (2500 azarkeş)

Tarix: 16 Aprel 20:48    Oxunub: 330    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.