Millilərimiz Qazaxıstanla səfərdə qarşılaşacaq - ANLAŞMA

Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında əldə olunmuş razılığa əsasən, iyunun 5-də Astana şəhərində komandalar arasında yoldaşlıq oyunu keçiriləcək.

 

Bu razılaşma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl – iyunun 4-də, Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.

 

U-21-lərin oyunu Bakı vaxtı ilə saat 17:00-da, milli komandaların qarşılaşması isə saat 22:00-da başlayacaq.

Tarix: 16 Aprel 16:24    Oxunub: 310    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 İyul 2018
16 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.