Quliyev “Rostov”a lazımsızdı

Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “SKA-Xabarovsk” ilə qarşılaşıb. Quliyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

 

Ayaz görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat skamyadan izləyib. “Rostov” geridə qalan turlarda topladığı 30 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Tarix: 16 Aprel 20:12    Oxunub: 359    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 İyul 2018
16 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.