"Xəzər"TV-nin tanınmış idman aparıcısı Ceyhun Rzayev sosial şəbəkə üzərində maraqlı status paylaşıb.
Sportinfo.az xəbər verir ki, efirin sevimli adamı "Neftçi"nin kapitanı Ruslan Abışovla bərabər iştirak etdiyi toyda başına gələn hadisədən yazıb:
"Oturduğum stola qulluq eləyən ofisiant kefdədi. Təsəvvür eləyin, aralarında ən kasıbı "Neftçi"nin kapitanı Ruslan Abışovdu.
Nə isə, lənkəranlı dostum var, milyonerdi. Cibindən "100-lük" çıxardıb ofisianta verdi ki, mənə pomidor-yumurta gətir.
Dilim-ağzım qurudu, nitqim tutuldu. Soruşdu ki, nə olub, niyə elə baxırsan?
Namaz qılan olsa da, özümü saxlaya bilməyərək, dedim ki, ay Allahsız, adam kişi olar, pulu mənə verərdin, mətbəxə keçib sənə öz əllərimlə pomidor-yumurta bişirərdim".