Samir Abasov “Zirə“ni, yoxsa “Qəbələ“ni çalışdıracaq?

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov mövsümün sonunda komandasını dəyişəcək.

 

Sportinfo.az xəbər verir ki, 40 yaşlı mütəxəssisin yeni klubu da artıq bəllidi.

 
Sosial şəbəkələrdə adı “Qəbələ” ilə yanaşı hallansa da, Abasov bölgədə deyil, paytaxt təmsilçisində çalışacaq. Belə ki, o, böyük ehtimalla gələn mövsümdən “Zirə”nin sükanı arxasına keçəcək.

 

Tərəflər arasında artıq ilkin danışıq aparılıb və razılıq əldə olunub. Sadəcə, rəhbərlik bu təyinatı bəyan etmək üçün mövsümün başa çatmasını gözləyir.


Abasov Topaz Premyer Liqasının XXIII turunda “Keşlə” ilə (2:1) dünən keçirilən qarşılaşmadan sonra ayrılıq siqnalını vermişdi. Onun bu qərarında prezident Kamran Quliyevin “Neftçi”yə keçməsi böyük rol oynayıb.

 

Üstəlik, “Zirə”nin qış fasiləsindən sonrakı uğursuz çıxışı da Ayxan Abbasovun paytaxt təmsilçisində çox qalmayacağından xəbər verir.


“Sumqayıt”da yerli oyunçularla avrokuboklara vəsiqə qazanmağa çox yaxın olan Samir Abasova “Zirə”də əcnəbi futbolçuların transferinə icazə veriləcək (apasport.az).


Premyer Liqada sona 5 tur qalmış “Sumqayıt” 39 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır və ən yaxın izləyicisi “Zirə”ni 4 xal qabaqlayır.


"Qəbələ"nin baş meneceri Zaur Əzizov isə barələrində yayılan xəbərləri təkzib edib (qol.az): "Bu, futbolda adi haldı.

 

Media bir qədər uğurlu çıxış edən komandanın baş məşqçisini daha iddialı komandaya, uğursuz çıxış edən komandanın baş məşqçisini isə istefaya "göndərir".

 

Biz nə hayda, camaat nə hayda! Qarşıdan mövsümün ən vacib oyunu – “Neftçi” ilə kubok matçı gəlir. Ona görə də belə şeyləri fikirləşmirik. Buna heç vaxtımız da yoxdu. Biz bu mövsümü maksimum uğurlu şəkildə bitirməyi düşünürük".

Tarix: 16 Aprel 19:36    Oxunub: 629    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.