"Neftçi”yə uduzandan sonra bizdə ruh düşkünlüyü yaranıb"

“Komandamızda konkret şansızlıq var.

 

Əlimizə düşən fürsətlərdən istifadə edə bilmirik. Vursaq, bəlkə də, komandaya inam gələcək”.

 

Sportinfo.az xəbər verir ki, bu fikirləri “Qəbələ”nin futbolçusu İlqar Qurbanov Premyer Liqanın XXIII turunda evdə “Səbail”  ilə 1:1 bitən oyundan sonra deyib. 

 

32 yaşlı sağ cinah müdafiəçisinin fikrincə, Azərbaycan Kubokunun ilk yarımfinal matçında doğma meydanda "Neftçi”yə 1:2 hesablı məğlubiyyətdən sonra komandada ruh düşkünlüyü yaranıb:

 

“Nə qədər olmadığını söyləsək də, ruh düşkünlüyü hiss olunurdu. Xüsusən də ilk hissədə. Amma bu, futboldu, bir yerdə dönüş etməlik. Bu baxımdan “Neftçi” ilə cavab görüşünün bizim üçün böyük şans olduğunu düşünürəm”.

 

Qurbanovun sözlərinə görə, “Səbail”lə ev heç-heçəsi “Neftçi” ilə oyunöncəsi komandaya psixoloji baxımdan mənfi təsir göstərməyəcək. Onun fikrincə, “Qəbələ” yarımfinal mərhələsinin cavab matçında qələbə qazana bilər:

 

“Hamımız peşəkar futbolçularıq. Hansı matça necə hazırlaşacağımızı bilirik. Finala yüksələcəyimizə inanırıq. Düzdür, üstünlük “Neftçi”dədir. Səfərdə 2:1 hesabı ilə qalib gəliblər. Lakin eyni şeyi biz də rəqib meydanında edə bilərik”.

Tarix: 16 Aprel 19:00    Oxunub: 368    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.