"Barselona" ilə 5 illik müqaviləm var, ayrılmaq niyyətim yoxdu"

"Barselona"nın mövsümün əvvəlində 105+40 milyon avro qarşılığında "Borussiya"dan transfer etdiyi Usman Dembele açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, fransalı vinger haqqında çıxan transfer şayiələrini təkzib edib:
 

"Barselona" ilə 5 illik müqaviləm var. Burda oynamaq istəyirəm. Ayrılmaq niyyətim yoxdu. Uzun müddət bu komandada qalacam".

 

Dembele bu mövsüm "Barselona"nın heyətində 18 oyun keçirib və 1 qol, 7 assistlə yadda qalıb. 20 yaşlı futbolçu fiziki durumunun yaxşı olmadığını etiraf edib:

 

"Hazırda formamın pik nöqtəsində deyiləm. Fiziki cəhətdən əvvəlki kimi deyiləm və tez yoruluram. Ən yaxşı şəkildə geri dönəcəm".

Tarix: 16 Aprel 18:24    Oxunub: 298    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 İyul 2018
16 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.