"Səbail"in futbolçusu: “Ürəyim hər zaman "Neftçi" ilədi"

Sportinfo.az xəbər verir ki, “Səbail”in yarımmüdafiəçisi Fəhmin Muradbəyli Premyer Liqanın XXIII turunda səfərdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu haqda danışıb.

 

Matçın 55-ci dəqiqəsində hesabı açdınız. Qolunuzu necə şərh edərdiniz?

- İlk hissədə daha yaxşı oynadığımızı düşünürəm. Fasilədən sonra qol vurduq. Fərqlənməyim sevindirici haldır. Lakin bu qolda bütün komandanın əziyyəti var.

 

Heç-heçə sizi qane etdi?

- Oyuna ciddi hazırlaşmışdıq. Yaxışlı havada komanda şəklində çox əziyyət çəkdik. Qoldan sonra bəlli səbəblərə görə, müdafiədə “oturmağa” başladıq. Ümumən götürsək, “Qəbələ” kimi komanda ilə səfər oyununda 1 xal qazanmağımız bizim üçün yaxşı nəticədir.

 

“Qəbələ” ilə ev oyununda da qol vurmusunuz. Lakin həmin qələbədən sonra komandanızda durğunluq vardı. Bugünkü qolu sizin üçün növbəti sıçrayış adlandırmaq olar?

- Sevinirəm ki, “Səbail”in heyətində "Keşlə" ilə səfər matçına təsadüf edən ilk oyunumda fərqləndim. Daha sonra evdə “Qəbələ”ni 2:1 hesabı ilə üstələdiyimiz matçda qol vurdum. Sonrakı görüşlərdə əlimə düşən şanslardan yararlana bilməmişdim. Bu gün də rəqib qapısına yol tapdım. Bunun davamının gələcəyinə ümid edirəm. Həm komandam, həm də özüm üçün ən yaxşısını etməyə çalışıram.

 

Qış fasiləsində icarə əsasında “Neftçi”dən “Səbail”ə keçidiniz. Müqavilə ilə məxsus olduğunuz komanda aprelin 18-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında “Qəbələ”ni qəbul edəcək. Sizcə, finala vəsiqə qazanmaq üçün hansı kollektiv daha şanslıdır?

- “Neftçi” səfərdə keçirdiyi ilk oyunda çox yaxşı mübarizə apardı və 2:1 hesabı ilə qalib gəldi. "Ağ-qaralar" rəqib meydanında çox gözəl nəticə əldə etdilər. Özüm “Neftçi”nin futbolçusuyam, icarə əsasında “Səbail”dəyəm. Təbii ki, “Neftçi”nin uğur qazanmasına sevinirəm. Bu uğurları qazanan komandanın içində olmağı istərdim. “Ağ-qaralar”ın finala çıxacaqlarına və kuboku götürəcəklərinə ümid edirəm. Özüm də cari mövsümdə Azərbaycan Kubokunda “Neftçi”nin formasını geyinmişəm. Ürəyim hər zaman onlarladı (report).

Tarix: 16 Aprel 18:12    Oxunub: 541    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.