“İdman Azərbaycan” dünya çempionatına vəsiqə qazandı - FOTOLAR

Həvəskar futbolçuların Bakı Futbol Liqasına yekun vurulub.

 

10 komandanın mübarizə apardığı yarış 9 ay davam edib.

 

Sportinfo.az xəbər verir ki, 27 turun nəticəsinə əsasən Azərbaycan Televiziyasının “İdman Azərbaycan” komandası hamıdan çox xal toplayaraq çempion adına layiq görülüb. 


“İdman Azərbaycan” may ayının 7-dən 14-dək Moskvada keçiriləcək həvəskarlar arasında dünya çempionatına vəsiqə qazanıb.

 

Dünya çempionatında “İdman Azərbaycan”la yanaşı, İtaliyanın “Latsio”, İspaniyanın “Real Betis”, Almaniyanın “Verder”, Fransadan “Marsel”, Rusiyadan “Zenit” və “Spartak” kimi məşhur komandaların iştirakı gözlənilir.




 

Tarix: 16 Aprel 18:00    Oxunub: 466    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 İyul 2018
16 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.