Bu ölkənin millisi DÇ-2018-ə 45 yaşlı qapıçı aparır

 Misir millisinin qapıçısı Əhməd Əl-Şenavi Rusiyadakı dünya çempionatında iştirak edə bilməyəcək.

 

Sportinfo.az xəbər verir ki, 27 yaşlı oyunçu dizindəki zədə ilə bağlı mundialdan kənarda qalacaq.

 

Əl-Şenavi müayinə və müalicə üçün Almaniyaya gedəcək. Onun əvəzinə 45 yaşlı əlcək sahibi Essam Əl-Hadari dünya çempionatında forma geyinəcək.

 

Bu, baş versə, Əl-Hadari dünya çempionatları tarixində ən yaşlı futbolçu olacaq. Hazırda bu ünvan DÇ-2014-ə 42 yaşında ikən Kolumbiya yığmasının heyətində qatılmış "Qalatasaray"ın sabiq qapıçısı Fərid Mondraqona məxsusdu. 

Tarix: 16 Aprel 17:36    Oxunub: 357    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 İyul 2018
16 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.