"Avroliqaya vəsiqə üçün cəmi 2 oyunu udmalıyıq"

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində “Zirə”yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra brifinq keçirib.

 

Sportinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi öncə oyun haqda fikirlərini bildirib:

 

- Çempionat qarşılaşmalarında "Neftçi” "Zirə”yə qalib gələ bilmirdi. Oyunun çətin keçəcəyini gözləyirdik. Matçın əvvəlində hesabı açdıq və bundan sonra müdafiədən oynamağa başladıq. Adətən, burada ötürmələrlə çox oynayarkən məğlub olurduq. Ancaq bu dəfə fərqli sistemdə çıxış edərək, qələbə qazanmağı bacardıq. Buna görə də çox xoşbəxtəm.

 

Matçın qırılma nöqtəsi hansı idi: "Zirə”nin baş məşqçisinin qovulması, yoxsa ikinci qol?
- Təbii ki, qırmızı vərəqədən sonra rəqib boşluqlar verincə, oynamaq daha da asanlaşdı. Çoxlu epizodlar yaratdıq, daha çox fərqlənə bilərdik. Futbolçunun meydandan qovulması oyuna daha çox təsir edir, nəinki baş məşqçinin qovulması. Ona görə də deməzdim ki, Ayxan Abbasovun texniki zonadan kənarlaşdırılmasının elə bir təsiri oldu.

 

Qarşıda "Qəbələ” ilə kubok matçı var. 3 gündənbir oyuna çıxmaq isə yorğunluğa səbəb olur. Bu haqda nə düşünürsən?
- Rotasiya üçün heyətimiz zəngindi. Düşünmürəm ki, bugünkü yorğunluğun bizə çox təsiri olacaq. Tezliklə bərpa olunub finala vəsiqə qazanmaq üçün döyüşəcəyik.

 

İki cəbhədə mübarizə aparmaq sizə çətinlik yaratmır? 
- Çətinlik yaratdığını düşünmürəm. Çünki dediyim kimi, heyətimiz genişdi. Çoxlu futbolçuya sahibik, xüsusilə Soni Mustivarı qeyd edərdim. Onun gəlişi ilə mərkəzdə rotasiya etmək imkanlarımız çoxalıb. Avroliqaya vəsiqə üçün cəmi 2 oyunumuz qalıb və "Qəbələ”ni keçəcəyimiz təqdirdə, 1 oyun qalacaq. Məncə, hazırkı heyət buna qadirdi.

Tarix: 16 Aprel 17:24    Oxunub: 471    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.