"Qarabağ"ı udan olmayacaq?

“Qarabağ”ın Premyer Liqadakı məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatıb.

 

Sportinfo.az xəbər verir ki, Ağdam klubu XXIII turun “Kəpəz”lə səfər matçındakı 1:0 hesablı qələbə ilə seriyanın ikinci “onluğ”unu yarılayıb.

 

Cari mövsümdə yalnız bir məğlubiyyəti olan Qurban Qurbanovun yetirmələri IX turun 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə səfər matçından (0:1) sonra məğlubiyyət acısı yaşamır.

 

“Qarabağ” bu 15 qarşılaşmada 11 qələbə qazanıb, 4 heç-heçə edib ki, bu da komandanın hesabına 37 xal gətirib.

 

Ardıcıl 15 oyunda uduzmayan “Qarabağ” özünün Azərbaycan çempionatlarındakı nəticəsini – 2015/16 mövsümündəki göstəricini təkrarlayıb.

Tarix: 16 Aprel 20:24    Oxunub: 455    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2018
23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.